Modern.az

Nazir 6 rayonun sakinlərinin müraciətini dinləyib

Nazir 6 rayonun sakinlərinin müraciətini dinləyib

Aktual

12 Yanvar 2023, 13:38

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tovuz şəhərində vətəndaşları qəbul edib.

 

Modern.az Rəqəmsal İnkişaf Və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, vətəndaş qəbulunda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinləri iştirak ediblər.

 

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

 

Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?