Modern.az

Qarlı havanın meşə əkinlərinə müsbət təsiri

Qarlı havanın meşə əkinlərinə müsbət təsiri

Aktual

12 Yanvar 2023, 16:54

Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti yeni əkilmiş meşə əkinlərinə və səpinlərinə öz müsbət təsirini göstərib. Belə ki, bu yağıntılar bölgələrdə, xüsusilə dəmyə şəraitində əkilmiş meşə əkinlərinin kifayət qədər sulanmasına səbəb olub.

 

Modern.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

 

Mütəxəssisin sözlərinə görə, yağan qar təbii örtük olaraq yeni əkilmiş ağac tinglərinin kök sistemlərini şaxtalı havanın təsirindən qoruyur və ağacların yaz aylarında başlayacaq bioloji inkişaf dövrü üçün ehtiyat su mənbəyini təşkil edir:

 

“Qış aylarının yağıntılı keçməsi ilin digər mövsümlərində də bitkilərin normal inkişafı üçün kifayət qədər su ehtiyatının toplanmasını təmin edən ən vacib amillərdən biridir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır