Modern.az

Bakıda daha 10 marşrut xətti müsabiqəyə çıxarıldı

Bakıda daha 10 marşrut xətti müsabiqəyə çıxarıldı

Aktual

12 Yanvar 2023, 17:03

Bakı Nəqliyyat Agentliyi daha 10 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

 

Bu barədə Modern.az-a Agentlikdən bildirilib.

 

Məlumata görə, müsabiqəyə çıxarılan 33, 50, 57, 77, 93, 104, 139, 149, 206 və 214 nömrəli müntəzəm marşrut xətləridir.

 

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?