Modern.az

Novruz Aslanov videoformatda seçicilərini qəbul edib

Novruz Aslanov videoformatda seçicilərini qəbul edib

Aktual

13 Yanvar 2023, 11:44

Yanvarın 12-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon sakinlərinin video formatda qəbulunu keçirib. 20-ə yaxın sakin millət vəkilinin İsmayıllı şəhərindəki ofisində yaradılmış şəraitdən istifadə edərək qəbulda iştirak ediblər.

 

Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Şəxsi məişət problemləri də qaldırılan məsələlər sırasında olub. Fərdi qaydada məsələlər ətrafında müzakirələr aparılıb, deputat bəzi məsələlərə dair öz tövsiyələrini verib. Əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınıb və onlara müvafiq müraciətlərin ediləcəyi bildirilib.

 

Ehtiyaclı ailələrə humanitar yardımların edilməsi nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?