Modern.az

Baydenin evində məxfi sənədlər tapıldı

Baydenin evində məxfi sənədlər tapıldı

Aktual

14 Yanvar 2023, 23:10

ABŞ prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki evində yeni məxfi sənədlər tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber bildirib.

 

“Məxfi məlumatlara çıxışım olduğu üçün Prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsində kömək etmək üçün Vilminqtona getdim. Əlavə edilmiş materiallar arasında “məxfi” işarəsi olan daha beş səhifə tapıldı”, - deyə xüsusi müşavir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?