Modern.az

Cəlilabadda silah əməliyyatı 

Cəlilabadda silah əməliyyatı 

Aktual

15 Yanvar 2023, 15:10

Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

 

Məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son bir həftə ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

 

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır