Modern.az

Türkiyə humanitar dəhliz yaratmaq istəyir - YENİLƏNİB

Türkiyə humanitar dəhliz yaratmaq istəyir - YENİLƏNİB

Aktual

16 Yanvar 2023, 12:52

Türkiyə ombudsmanı Şeref Malkoç Rusiya və Ukrayna arasında humanitar dəhlizin yaradılmasından danışıb.

 

Modern.az xəbər verir ki, dəhliz barədə yeni məlumatları "Hürriyet" yayıb.

 

Malkoçun sözlərinə görə, humanitar dəhlizin mərkəzi Türkiyənin İstanbul şəhəri ola bilər. O, dəhlizin quru və ya hava yolu ilə təmin olunması variantlarının mümkünlüyünü vurğulayıb.

 

Ombudsman tərəflərə tezliklə bunun üçün tədbirlərin realizasiya edilməsi barədə çağırış ünvanlayıb.

 

***

10:26

 

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralanan şəxslərə kömək etmək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets bildirib.

 

Lubinets qeyd edib ki, bu məsələ tərəflər arasında müzakirə olunur.

 

Qeyd edək ki, yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova D.Lubinets və türkiyəli həmkarı Şeref Malkoçla bir sıra görüşlər keçirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?