Modern.az

“Qanlı göl”də tikilən obyekt söküldü - VİDEO

“Qanlı göl”də tikilən obyekt söküldü - VİDEO

Aktual

16 Yanvar 2023, 11:26

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda “Qanlı göl” adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?