Modern.az

Əfqanıstanda 20 nəfər soyuqdan öldü

Əfqanıstanda 20 nəfər soyuqdan öldü

Aktual

16 Yanvar 2023, 13:36

Əfqanıstanda son bir neçə gün ərzində soyuq hava şəraiti və qar nəticəsində azı 20 nəfər ölüb, 70 nəfər xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Tolonews” telekanalı məlumat yayıb.

 

Temperaturun aşağı düşməsi səbəbindən azı 4000 mal-qara tələf olub, bir neçə min hektarlıq kənd təsərrüfatı sahəsi yararsız hala düşüb.

 

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi həftə ərzində Əfqanıstanın bəzi bölgələrində temperaturun 35 dərəcə şaxtaya enə biləcəyi barədə xəbərdarlıq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?