Modern.az

"BakuBus”un vergi borcu 2 milyon manatı ÖTÜB

Aktual

16 Yanvar 2023, 15:44

"BakuBus” MMC-nin yığılmış vergi borcu 2 milyon manatı ötüb.

 

Modern.az xəbər verir ki, borclar üzrə elektron xidmətin məlumatına görə, “BakuBus” MMC-nin bu il yanvar ayının 15-nə olan yığılmış vergi borcu 2 milyon 87,216 min manat təşkil edir.

 

Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon manat olan dövlət şirkətinin qanunu təmsilçisi Elnur Maqsud oğlu Qarayevdir. Şirkətin maliyyə hesabatları rəsmi elektron səhifəsində açıqlanmadığı üçün vergi borcunun nədən qaynaqlandığı məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi