Modern.az

Qanunsuz tüfəng saxlayanlar məhkəməyə verildi

Qanunsuz tüfəng saxlayanlar məhkəməyə verildi

Aktual

16 Yanvar 2023, 17:52

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülüməsi istiqamətində bir neçə əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məluata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Arif Məmmədov, Hacıxan Heydərov, Nürəddin Hüseynov və Zülfüqar Yusifovdan qanunsuz olaraq saxladıqları, ümumilikdə 4 ədəd ov tüfəngi aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?