Modern.az

Məktəb binasından yıxılan şagirdin SON DURUMU

Məktəb binasından yıxılan şagirdin SON DURUMU

Aktual

17 Yanvar 2023, 13:10

Ötən gün Masallı rayon R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə nəticəsində xəstəxanaya yerləşdirilən məktəblinin səhhəti stabildir və hər hansı bir narahatlığı yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Dünən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev və İdarənin müdiri Elxan Nəcəfov məktəbliyə baş çəkib, müalicə və müayinənin nəticələri ilə maraqlanıblar.

 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!