Modern.az

MSK-da şöbə müdiri vəzifəsinə TƏYİNAT

MSK-da şöbə müdiri vəzifəsinə TƏYİNAT

Aktual

17 Yanvar 2023, 17:27

Mərkəzi Seçki Komissiyasının (MSK) Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, MSK Katibliyində 2022-ci ilin avqust ayından fəaliyyətə başlayan Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə həmin vaxtdan MSK-nın əməkdaşı Fərid Əbilov təyin edilib.

 

Qeyd edək ki, F.Əbilov 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. 2012-ci ildən MSK Katibliyinin Təşkilat şöbəsində böyük məsləhətçi, sonradan isə Katiblik müdirinin köməkçisi vəzifələrində işləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?