Modern.az

Bu gün 3200 ağac əkilib - FOTOLAR

Bu gün 3200 ağac əkilib - FOTOLAR

Aktual

18 Yanvar 2023, 14:20

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi”nin "Dostluq Meşəsi" adlandırılan sahəsində, o cümlədən ətrafdakı yamaclarda ötən ilin sonlarından başlanan ağacəkmə tədbirləri davam etdirilir.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Modern.az-a bildirib ki, bu gün Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə  sözügedən ərazinin 4 hektara yaxın sahəsində, terraslarda 3200 ədəd müxtəlif növ ağac tingi əkilib. 

 

 “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində, bugünədək sözügedən ərazinin 48 hektardan çox sahəsində ümumilikdə 44 minə yaxın müxtəlif növ ağac tingi əkilib”.

 

"Dostluq Meşəsi"ndə ağacəkmə tədbirləri davam edir - FOTOLAR"Dostluq Meşəsi"ndə ağacəkmə tədbirləri davam edir - FOTOLAR"Dostluq Meşəsi"ndə ağacəkmə tədbirləri davam edir - FOTOLAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?