Modern.az

Polisləri təhqir edən gəncin saçını kim qırxıb? - Açıqlama

Polisləri təhqir edən gəncin saçını kim qırxıb? - Açıqlama

Aktual

18 Yanvar 2023, 15:04

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatla görə, görüntülər polisin inzibati binasında çəkilməyib. Bildirilir ki, bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir.

Fakt araşdırılır.

İddialara görə, TikTok sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gənc daha sonra şəkildəki hala salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır