Modern.az

"Açıq mikrofon" bu dəfə Masallıda - FOTOLAR

Aktual

18 Yanvar 2023, 17:38

"Masallıda fəaliyyət göstərən sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərin qeydə alınması məqsədilə "Açıq mikrofon" sizlərin ixtiyarına verilir".

 

Modern.az xəbər verir ki, bunu Lənkəran RQİİ-nin rəis müavini Seyran Şahverdiyev Masallı rayonunda qurulan "Səyyar qəbul otağı"nda bildirib.

 

Aksiyada çıxış edən KOBİA-nın nümayəndələri hər zaman sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd ediblər. "Açıq mikrofon" aksiyasında ümumilikdə 10-a yaxın müraciət səslənib ki, bunlar arasında sakinlərin də istəkləri yer alıb. Sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş etməklə yanaşı, həm də onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. "Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

 

"Açıq mikrofon" bu dəfə Masallıda - FOTOLAR"Açıq mikrofon" bu dəfə Masallıda - FOTOLAR"Açıq mikrofon" bu dəfə Masallıda - FOTOLAR"Açıq mikrofon" bu dəfə Masallıda - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?