Modern.az

Çin və Azərbaycan yaxşı dostlardır - Prezident

Çin və Azərbaycan yaxşı dostlardır - Prezident

Aktual

18 Yanvar 2023, 20:14

Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.

 

Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladan deyə dövlətimizin başçısı deyib: “Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu. “Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?