Modern.az

Bakıda kişi meyiti tapıldı 

Bakıda kişi meyiti tapıldı 

Aktual

18 Yanvar 2023, 20:38

Yanvarın 18-i paytaxtın Sabuçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olmuşdur.

 

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

 

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər