Modern.az

Cəmil Məmmədli sərbəst buraxıldı

Cəmil Məmmədli sərbəst buraxıldı

Aktual

18 Yanvar 2023, 22:29

Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli barəsində qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov Modern.az-a bildirib ki, Cəmil Məmmədli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, Cəmil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C. Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi barədə polisə məlumat daxil olub. O, qarşı tərəfə əl və ayaqla xəsarətlər yetirib, onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Məmmədli barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?