Modern.az

Bərdədə narkotik alverçisi ələ keçdi

Bərdədə narkotik alverçisi ələ keçdi

Aktual

19 Yanvar 2023, 09:16

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, ondan 2 kiloqramdan çox heroin aşkar edilərək götürülüb. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Seyfəddin Abbasov müəyyən edilərək şöbəyə gətirilib.

 

Onun üzərində və daha sonra evində aparılan baxış zamanı çəkisi 2 kiloqram 400 qrama yaxın güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?