Modern.az

Bakı Baş Səhiyyə Mərkəzi məhkəməyə verilib

Bakı Baş Səhiyyə Mərkəzi məhkəməyə verilib

Aktual

19 Yanvar 2023, 09:44

“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs məhkəməlik olub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə bağlı protokol tərtib edilib.

 

Mərkəz ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyini təmin etməyib.

 

İşə Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.

 

İddia təsdiqini taparsa, “Bakı Baş Səhiyyə Mərkəzi”ni on iki min manatdan on beş min manatadək məbləğdə cərimə gözləyir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?