Modern.az

Ermənistanda korpus komandiri işdən qovuldu - YENİLƏNİB

Ermənistanda korpus komandiri işdən qovuldu - YENİLƏNİB

Aktual

19 Yanvar 2023, 10:54

Ermənistanda İkinci ordu korpusunun komandiri Vahram Qriqoryan tutduğu vəzifədən azad edilib.

Modern.az xəbər verir ki, müvafiq fərmanı prezident Vaaqn Xaçaturyan imzalayıb.

Vahram Qriqoryan hərbi hissədə baş vermiş yanğınla bağlı işdən çıxarılıb.

Yanvarın 19-da gecə saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin mühəndis-istehkamçılar rotasının binasında qeyri-müəyyən şəraitdə yanğın baş verib. İlkin məlumata görə, 15 hərbçi həlak olub, 3 hərbçinin vəziyyəti ağır qiymətləndirilir.

***

Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri işdən çıxarılır.

Modern.az-ın xəbərinə görə, Ermənistanın İctimai Televiziyasının yaydığı məlumatda bildirilib ki, korpus komandirinin vəzifədən kənarlaşdırılması bu gün hərbi hissələrindən birində baş vermiş yanğınla bağlıdır.

Xatırladaq ki, Ermənistanın Basarkeçər rayonundakı hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?