Modern.az

Bakıda köşkdən lotereya oğurlandı

Bakıda köşkdən lotereya oğurlandı

Aktual

19 Yanvar 2023, 11:02

Bakıda köşkdən lotereya oğurlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 13-də Səbail rayonunun Ş.Allahverdiyev küçəsində yerləşən köşklərin birindən 300 manat pul, tütün məmulatı və 1700 manat dəyərində lotereyanın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vaqif Əliyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar