Modern.az

Paşinyan ordu ilə bağlı tapşırıq verdi: “Heç bir güzəşt olmayacaq!”

Paşinyan ordu ilə bağlı tapşırıq verdi: “Heç bir güzəşt olmayacaq!”

Aktual

19 Yanvar 2023, 11:56

“Qeqarkunik rayonunun Azat kəndindəki hərbi hissədə baş vermiş yanğın ilkin məlumatlara görə, sobanın benzinlə qızdırılması zamanı baş verib”.

Modern.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin iclasında deyib.
 

O izah edib ki, hərbi hissədəki kazarma binalarının birində sobanın yandırılması üçün benzin istifadə olunub. Paşinyanın sözlərinə görə, 21 dekabr 2022-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordudakı yanğınların qarşısının alınması ilə bağlı əmr imzalayıb. Xüsusilə, benin və digər tez alışan maddələrin isitmə məqsədləri üçün istifadəsinin qadağan edilməsi ilə bağlı aydın göstərişlər verilib.

Baş nazir bildirib ki, daha az təhlükəli maddələr mütəmadi olaraq sobaları yandırmaq üçün hərbi hissə bölmələrinə paylanır.
 

İlkin məlumata görə, sobanı yandıran zabit ona 5 litrlik qabdan benzin doldurmağa çalışıb. Yanğın böyüyəndə zabit əlindəki qabı özündən kənara atıb.
 

Paşinyan 2-ci ordu korpusunun komandiri Vahram Qriqoryanın işdən çıxarılması üçün respublika prezidentinə nə üçün ərizə təqdim etdiyini də açıqlayıb.

O deyib ki, müdafiə naziri ilə razılığa gəlinib ki, orduda qanun pozuntularına daha az sərt baxıla bilən ənənəvi yanaşma dayandırılsın.
 

"Heç bir güzəşt olmayacaq. Sırf vizual olaraq bir şey yanlış formada olsa belə, tədbirlər görülməlidir", - Paşinyan bildirib.
 

O, həmçinin deyib ki, yanğınsöndürmə bölməsi hadisə yerinə vaxtında gəlib.
 

Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində rayonun Qeqarkunik rayonunun Azat kəndində ki hərbi hissədə yanğın baş verib. Nəticədə 15 hərbçi həlak olub, daha 3 nəfərin vəziyyəti ağırdır.

Hərbi hissədə baş verən yanğının söndürülməsinə 5 saat vaxt sərf olunub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?