Modern.az

49 yeni yoluxma - Daha 4 nəfər öldü

49 yeni yoluxma - Daha 4 nəfər öldü

Aktual

19 Yanvar 2023, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 827 571 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 080 nəfər müalicə olunaraq sağalıb, hazırda 427 aktiv xəstə var. Bu günə qədər 10 064 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2114,  ümumilikdə isə 7 466 384 test icra olunub.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?