Modern.az

Ermənistanda 2-ci Ordu Korpusuna yeni komandir təyin edildi

Ermənistanda 2-ci Ordu Korpusuna yeni komandir təyin edildi

Aktual

19 Yanvar 2023, 17:06

Polkovnik Qaregin Poqosyan Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandiri təyin edilib.
 

Modern.az xəbər verir ki, baş nazirin təklifi ilə təyinat haqqında sərəncamı prezident Vaaqn Xaçaturyan imzalayıb.
 

2-ci Ordu Korpusunun keçmiş komandiri, polkovnik Vahram Qriqoryan bu gün vəzifədən azad edilib. Bu, hərbi hissələrdən birində 15 hərbçinin ölümü ilə nəticələnən güclü yanğından sonra baş verib.
 

Yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Qeqarkunik rayonunun Azat kəndində hərbi hissədəki yanğın nəticəundə 15 hərbçi ölüb, daha 3-nün vəziyyəti ağırdır. Hərbi hissədə yanğının söndürülməsinə 5 saat vaxt sərf olunub.
 

Hadisə bir zabit kazarmanı isitmək üçün sobaya benzin tökərkən baş verib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?