Modern.az

Cəlilabadda “Açıq mikrofon” aksiyası - FOTOLAR

Cəlilabadda “Açıq mikrofon” aksiyası - FOTOLAR

Aktual

19 Yanvar 2023, 17:54

Cəlilabad rayonunun 30-a yaxın sakini  müraciətlərini ünvanlamağın yaxın yolunu “Səyyar qəbul otağı”na gəlməkdə görüb.

 

Modern.az xəbər verir ki, səslənən müraciətlərin əksəriyyəti bəzi kəndlərin qazlaşdırılması istəyinə aid olub. Buna misal olaraq Kürdlər, Alaşar, Mirzəli və Cəngan kəndlərindən qatılan sakinlərin çıxışını göstərmək olar. Bundan başqa rayonun Azərbaycan küçəsində yerləşən çoxmənzilli binanın qazlaşdırılması xahiş edən də olub. Şamil Əsədovun bu müraciəti qısa zaman ərzində baxılması üçün aidiyyəti üzrə yönləndirilib.

 

“Açıq mikrofon” aksiyasında çıxış edən Nurəddin Abıyevlə Malik Əmirov qaz xəttinin yerinin dəyişdirilməsini istəyiblər. Görüşdə səsləndirilən hər bir müraciət Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.

 

Cəlilabadda “Açıq mikrofon” aksiyası keçirildi - FOTOLARCəlilabadda “Açıq mikrofon” aksiyası keçirildi - FOTOLARCəlilabadda “Açıq mikrofon” aksiyası keçirildi - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?