Yanvarın 21-də Sumqayıt şəhəri Corat bağlarında yaşayan 1964-cü il təvəllüdlü Sevil Quliyevanı bıçaqlamaqda şübhəli bilinən həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Hüseynxanov saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.
Modern.az xəbər verir ki, DİN-in mətbut xidmətinin məlumatına görə, araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı, 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.