Modern.az

Qərbin İslama qarşı xain planı - “Taliban”ın əliylə görün nələr edirlər…

Qərbin İslama qarşı xain planı - “Taliban”ın əliylə görün nələr edirlər…

Aktual

23 Yanvar 2023, 10:04

Əfqanıstanda "Taliban" qruplaşması hakimiyyətə gələndən bəri radikal addımlarla diqqət çəkir. Xüsusilə hakimiyyətə gələndən sonra xalqa verdiyi vədləri yerinə yetirməyən "Taliban" rəhbərliyi bunun əksinə olaraq, qadınlar və qızlara amansız qadağalar tətbiq etməklə məşğluldur.

 

Bəzi ekspertlərin fikrincə, ABŞ başda olmaqla Qərbin nəzarətində olan "Taliban" hərəkatının addımları İslam dinini gözdən salmağa, əfqan xalqının məhvinə hesablanıb və bu məkirli ideyanın müəllifi məhz Vaşinqtondur.

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, bir çox ölkələr Əfqanıstandan öz maraqları naminə istifadə ediblər. 

 

“Əfqanıstan həmişə siyasət meydanında olub. ABŞ və SSRİ Cənubi Asiyaya yiyələnmək üçün Əfqanıstanın strateji mövqeyini yüksək qiymətləndirib. Çünki Əfqanıstan əhalisinin sayı azdır. Yəni onları ələ almaq asandır. Eyni zamanda əhalisi vuruşqandır. ABŞ və SSRİ bundan öz geosiyasi maraqları üçün istifadə edib”.

 

Politoloqun sözlərinə görə, Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" daha çox ABŞ-ın maraqlarını güdür:

 

“SSRİ daha çox İranın əli ilə, ABŞ isə Pakistanın əli ilə öz işlərini görürdü. ABŞ SSRİ və Çini daim təzyiq altında saxlamaq istəyirdi. SSRİ isə Əfqanıstandan istifadə edərək, NATO üzvü olan Amerikanın onun sərhədlərinə yaxınlaşmasının qarşısını almağa çalışırdı. Yeri gəlmişkən "Taliban" bundan qabaq da hakimiyyətə gəlmişdi. Bu dəfə hakimiyyətə gələn "Taliban" yenə də ABŞ-ın maraqlarını güdür. ABŞ-ın marağında isə əfqanların daim təhdid ocağı olması var. Bu gün həqiqətən də ABŞ-ın istəyinə uyğun olaraq Əfqanıstan dünyanın qanayan yarasına çevrilib”.

 

C.Nuriyev vurğulayıb ki, "Taliban" qərarlarını ona göndərilən tapşırıqlar əsasında verir. Söhbət birbaşa ABŞ-dan gedir.

 

“ABŞ milyardlarla dollar dəyərində silahı təsadüfən Əfqanıstana qoyub çıxmadı. Əsas məqsəd Əfqanıstandan həm İrana, həm də Rusiyaya qarşı istifadə etmək idi. Ancaq Əfqanıstanda hazırda yaranmış vəziyyət ona hər iki istiqamətdə dağıdıcı fəaliyyət göstərmək imkan yaratmır. Çünki Əfqanıstanın daxilində problemlər var. Məsələn, qadınlarla bağlı verilən qərarları qeyd etmək lazımdır. Əfqanıstanda qadınlara ali təhsil almaq hüququ verilmir, tək küçəyə çıxmaq olmaz. Halbuki bunlar normal müsəlman olsalar, bilərlər ki, Quran kitabında qadınlar üçün ayrıca ən-Nisa surəsi var. Quranda 23 qadın, 23-də kişi sözü keçir. Yəni Allah Quranda birmənalı şəkildə qadın və kişi arasında fərq qoymur.

 

"Taliban"ın sözügedən qərarları xurafata söykənir. Qadınlarla bağlı qərarlar əslində, Əfqanıstanı yox, İslamı gözdən salmaq məqsədi daşıyır. Əfqanıstan dünyanın üç müsəlman dövlətindən biri olduğu üçün ondan anti-İslam siyasətini həyata keçirmək üçün istifadə edirlər. Yəni söhbət Əfqanıstandan yox, İslamı nüfuzdan salmaqdan gedir. Bunu da hələlik ustalıqla həyata keçirirlər”,- C.Nuriyev Qərb ölkələrini İslam dininə düşmən mövqe sərgiləməkdə ittiham edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?