Modern.az

Sərxoş sürücü ustaları vurdu - Ölən var

Sərxoş sürücü ustaları vurdu - Ölən var

Aktual

23 Yanvar 2023, 09:16

Saatlıda sərxoş sürücü ustaları vurub.

 

Modern.az xəbər verir ki, hadisə yanvarın 22-də Saatlı şəhəri, M.F.Axundov küçəsində baş verib.

 

Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş "VAZ-2107" markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müavafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!