Modern.az

Yeni gələn müdirlər süni ixtisarlar yaradır - PROBLEM

Yeni gələn müdirlər süni ixtisarlar yaradır - PROBLEM

Aktual

23 Yanvar 2023, 11:35

Milli Məclisdə dövlət qurumlarındakı süni işçi ixtisarları ilə bağlı müzakirələrin keçirilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu təkliflə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

 

“Əvvəl iş problemi ilə qaşılaşırdıq, indi isə vəziyyət dəyişib. Belə ki, qurumlarda süni ixtisarlar yaranır. Kimsə müdir gəlir, işçini çıxarır ki, mən səninlə işləmək istəmirəm. Belə olan halda süni ixtisarlar yaranır. Bunun qarşısını almaq lazımdır ki, problem böyüməsin. Digər tərəfdən bununla bağlı müzakirə olunmasını təklif edirəm”,- deyə deputat vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı