Modern.az

79 yaşlı prezident and içdi

79 yaşlı prezident and içdi

Aktual

26 Yanvar 2023, 18:18

Avstriya prezidenti Aleksander Van der Bellenin andiçmə mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Federal Məclisdə keçirilən mərasimdə 79 yaşlı dövlət başçısı növbəti dövr üçün prioritetlərindən söz açıb.

 

Bildirib ki, pandemiya, müharibə və böhranların silkələdiyi hazırkı dövrdə nikbinlik, həmrəylik və ictimaiyyət daxilindəki qorxuya qarşı mübarizə ön planda durmalıdır.

 

Məlumata görə, mərasimdə ölkənin siyasi partiyalarının, ictimai-siyasi, iqtisadi və elmi dairələrin, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

 

Qeyd edək ki, ilk dəfə 2016-cı ildə prezident seçilən Van der Bellen ötən ilin oktyabr ayında 6 namizədin iştirakı ilə keçirilən seçkilərin ilk mərhələsində 56,7 faiz səslə qələbə qazanıb. Altı il müddətinə yenidən seçilən dövlət başçısı 2028-ci ilin sonunadək vəzifədə olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir