Modern.az

Rusiyanın “Evrovision” havası - doğrudanmı bu günə qalıblar?..

Rusiyanın “Evrovision” havası - doğrudanmı bu günə qalıblar?..

Aktual

23 May 2013, 13:51

Rusiya-Azərbaycan münasibətlərində son vaxtlar müşahidə edilən siyasi proseslər, təkcə Azərbaycanda deyil, regionda maraqları olan bütün ölkələrdə diqqətlə izlənilməkdədir. Şimal qonşumuzla bağlı siyasi proseslərin bu şəkildə qabarması və gündəmə gəlməsində hamıdan çox elə rəsmi Moskvanın maraqlı olduğuğu da hər kəsə gün kimi aydındı. Baş verənlərlə bağlı bəzi şərhlərdə Rusiyanın bu radikallığının Azərbaycandakı daxili proseslərə, daha dəqiq ifadə etsək, qarşıdan gələn seçkilərlə bağlı təzyiqlərə əl atması kimi qiymətləndirilir. Amma ortada sual doğuran məsələlər də çoxdur. Ən azından ona görə ki, bütün zamanlarda siyasi şovinizmlə məşğul olan və qonşu ölkələrə təzyiq vasitəsi kimi daha çox hərbi gücünə istinad edən Moskva o günəmi qaldı ki, ildə bir dəfə, o da keçirilməsi ərəfəsində gündəmə gələn
“Evrovision-2013” musiqi yarışmasındakı səsvermə ilə bağlı  Bakı ilə haqq-hesaba çıxıb? Hər halda baş verənlərin gedişatından belə bəlli olur ki,  musiqi yarişması ətrafında baş verənlər əslində şimal qonşumuzun əlində bəhanədən başqa bir şey deyil. Və Bakı ilə münasibətlərdə gərginlik yaradılmasına cəhd göstərilməsi məhz bu yarışmadan sonra başlanılması da səbəbsiz deyil. Cünki bir il əvvəl Azərbaycan bu musiqi yarışmasına ev sahibliyi edərkən rusların və avropalıların təqdim etdiyi “Şərq ölkəsi” kimi deyil, ən yüksək standartlara cavab verən ölkə kimi təşkil etmişdi. Bunu isə çoxları bu gün də qəbul edə bilmirlər.

İki ölkə arasında olan münüsibətləri yaxın tarixinə nəzər salsaq yəqin ki hamı xatırlayar ki, bir neçə il öncə Rusiynın “Qazprom” şirkəti qışın ortasında Azərbaycana satdığı qazın qiymətinin ucuz olduğunu əsas gətirərək nəql etdiyi qazı kəsmişdi. Daha doğrusu, hər il qış mövsümündə Ukraynaya tətbiq etdiyi “qaz şantajı”nı bu dəfə Bakının üzərində sınamq istəmişdi. Ancaq görünür Rusiya siyasətçiləri siyasi qərarlar verərkən şovinizm hisslərinə o qədər qapılırlar ki, hədəf seçdikləri ölkənin bu təzyiqlərə qarşı nə qədər davamlı olduğunu düzgün hesablaya bilmirlər. Ən azından o zaman Azərbaycanın özünün də neft-qaz ölkəsi olduğunu düşünə bilərdilər və Bakının Rusiya qazından birdəfəlik imtina etynməsi qərarı ilə üzləşməzdilər. O vaxt Rusiyanın bu addımı səbəbsiz deyildi və çoxlarına da gün kimi aydın idi ki, rəsmi Moskva bu addımı ilə Azərbaycanı Gürcüstana dəstək verməkdən çəkindirməyə çalışır. Azərbaycan rəhbərliyinin bu məsələyə təmkinlə reaksiya verməsi və üstəlik Rusiyanın qışın ortasında işıqsız-qazsız qoyduğu qonşu ölkəyə dəstəyini davam etdirməsinin nəticəsidir ki, bu gün elə “Rusiyanın adamı kimi” tanınan gürcüstanın baş naziri  İvanaşvili də bu dəstəyə görə ölkəmizə minnətdar olduqlarını etiraf etməli olur.

Rusiya-Azərbaycan münasibətlərində diqqət çəkən ikinci məsələ Qəbələ RLS ətrafında yaranməşdı ki, burda da rəsmi Bakı demək olar ki çox taktiki gediş edərək bir müddət əvvəl Rusiyanın özünün göstərdiyi səbəbi - qiymətlərin simvolik olduğunu deməklə Moskvanın söz yolunu kəsdi. Bütün bunlardan sonra rəsmi Moskvanın musiqi yarışmasında baş verın texniki problemlə bağlı hay-küy qaldırması bir qədər ciddi görünmür. Görəsən, ətrafındakı ölkələrlə həmişə güc dilində danışmağa çalışan Rusiya doğurdanmi bu günə qalıb?. Gücü bir yarışmanın nəticəsi ilə bağlı hay-küy salmağa çatır?...

Görünür, bu məsələni qaldırarkən yenə də nəticə düzgün hesablanmayıb. Moskvada unudublar ki, bir neçə il əvvəl Rusiya da daxil olmaqla az qala bütün dünya ölkələrinin iki qardaş–Türkiyə və Azərbaycan arasında nifaq salmaq istəkləri baş tutmadı. Bu imtahanından Azırbaycan üzü ağ və Türkiyə ilə daha da yaxınlaşaraq çıxdı. Odur ki, indi Rusiyadan səsləndirilən ittihamlar ötəri musiqi nömrəsinə bənzəyir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı