Modern.az

Bərdədə silahlı şəxs saxlanıldı

Bərdədə silahlı şəxs saxlanıldı

Aktual

27 Yanvar 2023, 08:26

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib.

 

Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Naqan” tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir