Modern.az

Britaniyalı mütəxəssislər hərbçilərimizə təlim keçirir - FOTOLAR

Britaniyalı mütəxəssislər hərbçilərimizə təlim keçirir - FOTOLAR

Aktual

27 Yanvar 2023, 10:06

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında əməkdaşlıq planına əsasən ölkəmizdə Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssisləri tərəfindən “Partlayış təhlükələri haqqında məlumatlandırma" üzrə təlim kursu keçirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təlim kursunun keçirilməsində əsas məqsəd partlayıcı sursatların qalıqları ilə tanışlıq, onlarla davranış qaydaları, minalanmış ərazinin işarələnməsi və yaralıların həmin ərazilərdən təxliyəsi, həmçinin gələcəkdə bu təlimin öz mütəxəssislərimiz tərəfindən keçirilməsinin metodlarını tədris etməkdən ibarətdir.

 

Hərbi qulluqçularımızın iştirakı ilə keçirilən kurs 2023-cü ilin fevral ayının 4-dək davam edəcək.

 

Qeyd edək ki, təlim kursu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də "Qaraheybət" Təlim Mərkəzində nəzəri və praktiki olaraq keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir