Modern.az

Bakıda axtarışda olan şəxs tutuldu

Bakıda axtarışda olan şəxs tutuldu

Aktual

27 Yanvar 2023, 10:50

Bakıda oğurluq edən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binəqədi qəsəbəsi ərazisində bir evdən 3000 manat dəyərində inşaat materialları, geyim və məişət əşyaları, digər evdən isə 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.

 

Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Salyan rayon sakini Yaşar Məmmədov saxlanılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir