“Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş tviter hesabında yazıb.
O, silahlı hücumda səfirliyin mühafizə xidmətinin rəisinin şəhid olmasına görə Azərbaycan xalqına başsağlığı verib: “Tək millər, iki dövlət prinsipi ilə hər zaman Can Azərbaycanın yanındayıq”.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.