Modern.az

“İran səfirliyimizi yüksək səviyyədə qorumalı idi” - Deputat

“İran səfirliyimizi yüksək səviyyədə qorumalı idi” - Deputat

Aktual

27 Yanvar 2023, 12:40

Bütün hallarda Tehranda baş verən hadisələrə görə həm də İran dövləti məsuliyyət daşıyır.

Bunu Modern.az-a Azərbaycan Respublikasının İrandakı Səfirliyinə silahlı hücum haqda danışarkən deputat Ceyhun Məmmədov bildirib.

Millət vəkili deyib ki, Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi.


“Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. Ən kiçik təxribat cəhdinin qarşısı qətiyyətlə alınır. İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi.

Burada eyni zamanda, İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır.

Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək,  yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənə rəhmət, yaralananlara şəfa diləyirəm”.
 

Rəsmi məlumata görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Səfirliyinə hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Polis hücum edən şəxsi tutaraq istintaqa cəlb edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir