Modern.az

ABŞ səfirliyindən Tehrandakı terrorla bağlı PAYLAŞIM

ABŞ səfirliyindən Tehrandakı terrorla bağlı PAYLAŞIM

Aktual

27 Yanvar 2023, 12:54

ABŞ səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, paylaşımda deyilir:

 

“Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfilrliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildiririk. İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirik", - paylaşımda deyilir.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir