Modern.az

İran XİN-dən səfirliyimizə terrorla bağlı AÇIQLAMA: xüsusi göstəriş var

İran XİN-dən səfirliyimizə terrorla bağlı AÇIQLAMA: xüsusi göstəriş var

Aktual

27 Yanvar 2023, 13:16

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, XİN rəsmisi basqın nəticəsində bir nəfərin həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib və İran hakimiyyətinin məsələ ilə bağlı ciddi araşdırmalara başladığını vurğulayıb.


Nasir Kənani İran təhlükəsizlik qüvvələrinin basqın edən şəxsi yaxalamaq üçün çevik addım atdığını və onun hazırda istintaq altında olduğunu vurğulayıb.


"Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə bu hərəkətin ölçülərini və hücum edənin motivini müəyyən etmək üçün məsələ yüksək prioritet və həssaslıqla araşdırılır", - N.Kənani əlavə edib.


O, ilkin araşdırmaların hücumçunun motivinin şəxsi olduğunu göstərdiyini, məsələ ilə bağlı araşdırmanın davam etdiriləcəyini, ittihamların mətbuata açıqlanacağını bildirib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir