Modern.az

İsveçin Azərbaycandakı səfirliyi İrandakı terrordan dəhşətə gəlib

İsveçin Azərbaycandakı səfirliyi İrandakı terrordan dəhşətə gəlib

Aktual

27 Yanvar 2023, 14:24

İsveçin Azərbaycandakı səfirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan dəhşətə gəlib. Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

 

Modern.az xəbər verir ki, bu, İsveç səfirliyinin rəsmi "Facebook" səhifəsində edilən paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir