Modern.az

Litva səfirliyindən Azərbaycana başsağlığı

Litva səfirliyindən Azərbaycana başsağlığı

Aktual

27 Yanvar 2023, 16:38

Litvanın ölkəmizdəki səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun tvitter hesabında paylaşım edilib.

 

"Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu qəbuledilməzdir", - səfirlikdən bildirilib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

 

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

 

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü