Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının Səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə pisləyir.
Modern.az xarici KİV-ə istinadən xəbər ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Krallıq Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu bildirib, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa və günahkarların cəzalandırılmasına çağırıb.