Modern.az

Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirdi

Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirdi

Aktual

27 Yanvar 2023, 17:36

Bu gün Milli Məclisin inzibati binasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib.

 

Modern.az xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, onların problemləri ilə maraqlanıb.

 

Səsləndirilən müraciətlər əsasən səhiyyə, icbari tibbi sığorta, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

 

Əhliman Əmiraslanov vətəndaşları qəbul edib - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü