Modern.az

Xorvatiya başsağlığı verdi: “Silahlı hücum bizi şoka salıb”

Xorvatiya başsağlığı verdi: “Silahlı hücum bizi şoka salıb”

Aktual

27 Yanvar 2023, 18:10

Xorvatiyanın ölkəmizdəki səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "Facebook" səhifəsində məlumat paylaşılıb.

 

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə insan tələfatı ilə nəticələnən silahlı hücum bizi şoka salıb. Həyatını itirən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - səfirliyin paylaşımında qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü