Modern.az

İlham Əliyevin çağırışını dəstəkləyirik - ABŞ-dan İrana xatırlatma

İlham Əliyevin çağırışını dəstəkləyirik - ABŞ-dan İrana xatırlatma

Aktual

27 Yanvar 2023, 22:45

ABŞ bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays bildirib.

 

O qeyd edib ki, rəsmi Vaşinqton Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın tez bir zamanda araşdırılması çağırışını dəstəkləyir. Prays həlak olan şəxsin ailəsinə başsağlığı verib.

 

"İstənilən yerdə diplomatlara və ya diplomatik obyektlərə hər hansı hücum qəbuledilməzdir. İran hökumətinə İranda Xarici Diplomatların Müdafiəsi üzrə Cenevrə Konvensiyasına görə məsuliyyətini xatırladırıq", - deyə açıqlamada bildirilib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü