Modern.az

Borca görə axtarışda olan 75 nəfər saxlanıldı

Borca görə axtarışda olan 75 nəfər saxlanıldı

Aktual

1 Fevral 2023, 10:18

Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 55, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı