Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 88, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 81, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.
