Modern.az

İnternat məktəbində toyu olan gənclərin evindən VİDEO

İnternat məktəbində toyu olan gənclərin evindən VİDEO

Aktual

2 Fevral 2023, 13:00

Ötən ilin iyul ayında Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbində Elman Nuruzadə ilə Nazpəri Osmanovanın toy mərasimi keçirilmişdi.

 

Modern.az xəbər verir ki, Təhsil TV Gənclər Günü münasibətilə cütlüyün evində qonaq olub.

 

Tanışlıqlarından və toylarından danışan gənc cütlük öz xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, cütlüyün şad günündə bir sıra tanınmış sənət nümayəndələri, o cümlədən təhsil naziri Emin Əmrullayev də iştirak etmişdi. Məclisə qatılan tanınmışlar arasında Xalq artisti Alim Qasımov, Əməkdar artist Ruhəngiz Allahverdiyeva, bloger və səyyah Azər Qəribov, aparıcılar Hacı Nuran Hüseynov və Günay Firudinqızı da yer almışdılar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı