Çeçenistan parlamenti respublikanın konstitusiyasına dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Modern.az xəbər verir ki, qanun layihəsində Çeçenistanın başçısı Ramzan Kadırova “Xalqın atası” titulunun verilməsi təklif edilib.
Qanun layihəsinin təşəbbüskarları 20 deputat, o cümlədən respublika parlamentinin sədri Maqomed Daudovdur.
Ramzan Kadırov 2010-cu ildə “prezident” titulundan imtina etmiş və Rusiya subyektlərindəki həmkarlarını ondan nümunə götürməyə çağırmışdı.